Avropa Liqasının qrup mərhələsinin “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) matçını Almaniya telekanalı üçün ekspert qismində məşhur simalar şərh edəcəklər.
Fanat.az xəbər verir ki, Almaniya futbolunun əfsanələri Lotar Matteus və Karl-Haynts Ridle RTL və "Nitro" telekanallarında Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələlərində ölkələrinin klublarının matçlarını şərh edəcəklər.
Yerli mətbuatın yazdığına görə, artıq bununla əlaqədar hər iki ekspertlə yeni müqavilə imzalanıb.
Xatırladaq ki, Avroliqanın ilk turunun “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) matçı sentyabrın 8-də keçiriləcək.