Azərbaycanın məşhur idman gimnastı, Barselona-1992 Olmpiadasının qalibi Valeri Belenki yeddi illik aradan sonra Bakıya gəlib.
Fanat.Az xəbər verir ki, “CBC Sport” əfsanəvi idmançı ilə həmsöhbət olub.
Azərbaycan haqqında danışarkən kövrələn Belenki buradakı xatirələri və gələcək planları haqqında danışıb.
Qeyd edək ki, üçqat dünya çempionu olan Valeri Belenki Bakıda doğulub-böyüyüb. O, 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında komanda hesabında qızıl, fərdi çoxnövçülük üzrə bürünc medal qazanıb.
Süjeti təqdim edirik: