Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə “Dubay Open” turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün V turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Məhəmməd Muradlı bu dəfə hindistanlı Arcun Eriqaysi ilə qarşılaşıb. Qara fiqurlarla oynayan son ölkə çempionu matçın 20-ci gedişində rəqibinə məğlub olub.
Aydın Süleymanlı "qaralar"la Ziaur Rahmanla (Banqladeş) "sülh bağlayıb".
Bu nəticələrdən sonra hərəyə 3,5 xalı olan Məhəmməd və Aydın turnir cədvəlində müvafiq olaraq, 17-18 pillələrdə qərarlaşıblar. Lider 5 xala sahib Rinat Cumabayevdir (Qazaxıstan).
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olacaq.