İtaliya A seriyasının 4-cü turunda - "Spetsiya" ilə oyunda (2:0) zədələnərək Mattia Perinlə əvəzlənən "Yuventus"un qapıçısı Voytsex Şensnının durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, meydanı xərəkdə tərk edən və xaçvari bağlarının qırıldığı ehtimal olunan qolkiper ciddi xəsarət almayıb.
Bunu oyundan sonra keçirilən mətbuat konfransında Turin klubunun baş məşqçisi Massimiliano Alleqri deyib.
Xatırladaq ki, Şensnı 2017-ci ildən "Yuventus"un uğurları üçün çalışır.
Nihat