PSJ "İnter"ə gələn yay azad agent olacaq müdafiəçi Milan Şkrinyarı almağı təklif edir.
Fanat.Az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Paris klubu 27 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır, lakin "neradzurri"nin rəhbərləri bu təklifi rədd ediblər.
"İnter"in prezidenti Stiven Janq 80 milyon avro tələbi irəli sürüb.
Emin