Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün AVRO-2023-ün seçmə mərhələsində növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığma Sloveniyanı qəbul edəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək. Azərbaycan komandası qələbə qazanacağı təqdirdə, son iki turun nəticəsindən asılı olmayaraq Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək.
AVRO-2023, seçmə mərhələ
D qrupu
3 sentyabr
18:00. Azərbaycan - Sloveniya
Bakı, Voleybol Mərkəzi
Qeyd edək ki, 3 turdan sonra Azərbaycan millisi 9 xalla qrupda liderdir. Sloveniya 8 xalla ikinci, Avstriya 1 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.