"Qarabağ"ın UEFA Avropa Liqasının E qrupundakı rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda V turda səfərdə "Bayer"i 3:2 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Frayburq" liderliyə yüksəlib.
Qeyd edək ki, Almaniya klubu növbəti matçını sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək.