Misli Premyer Liqasının V turunda “Neftçi” öz meydanında "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf görüşü dəyərləndirib:
"Ağır oyun oldu. Təəssüf ki, Kenni Sayef isinmə hərəkətləri edərkən zədələndi. Daha sonra Arveladze də zədə aldı. Ümid edirəm ki, ciddi zədə deyil. Pato yaxşı oyunçudur. Bir həftə vaxt verməlisiniz ki, bu mövzu ətrafında danışaq. Kenni zədələnməsəydi, bizim bugünkü oyunumuz daha fərqli ola bilərdi. Bu oyuna xüsusi hazırlaşmışdıq.
İstəyirəm ki, oyunçularım yüksək səviyyəyə qalxsın. Ona görə ağır fiziki məşq keçirik. Kenni Sayefin zədələnməsi Emin Mahmudovla toqquşma əsasında oldu. Emin dönüb başqa istiqamətə qaçmaq istəyəndə Kenniyə dəydi. Vato Arveladzenin isə bir az daha çox vaxta ehtiyacı var. Onu meydana daha sonra buraxmağı düşünmüşdüm. Məcburiyyətdən onu start heyətdə meydana daxil etdim.
Azər Əliyevin qıcolması isə normaldır. Çünki 2 həftə əvvəl zədədən qayıtmışdı. Ona görə də onda qıcolmanın olması normal idi. Bu gün meydanda oldu, yaxşı da çıxış etdi. Onu bu gün məcburən sol cinah müdafiə xəttində oynatmalı oldum. Yaxşı mənada məni təəccübləndirdi. Epizodları yaxşı hiss etməyi var. Ümid edirəm ki, Azərbaycan pasportu da alıb millinizə kömək edər".