"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Misli Premyer Liqasının V turunda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransına qatılmayıb.
Fanat.Az xəbər verir ki, onun əvəzinə komandanın məşqçisi Rail Məlikov jurnalistlər önünə çıxıb.
O bildirib ki, Baqanın səhhəti yaxşı deyil: "Bu gün baş məşqçinin səhhətində problem olduğu üçün müvəqqəti mən mətbuat konfransına çıxdım. İnşallah, növbəti matçlardan o yenidən mətbuat konfranslarına çıxar.
Oyuna gəlincə, uğursuzluq sindromuna düşmüşük. Amma bir az pozitiv olmaq lazımdır. Bir az "Sumqayıt"a vaxt vermək lazımdır. Heç vaxt bu komandada legioner olmayıb. Ona görə də komandanın uyğunlaşması lazımdır".