Dünən La Liqanın 4-cü turunda “Betis”ə 2:1 hesabı ilə qalib gələn "Real Madrid"in baş məşqçisi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, təcrqbəli italiyalı çalışdırıcı heyətdəki rotasiyalar, Luka Modriçlə Toni Krosun əvəzlənməsi ilə bağlı maraqlı açıqlama ilə diqqət çəkib:
"Oyundan sonra kimin oynamalı olması barədə danışmaq asandır. Razıyam, ulduz oyunçuları kənarda saxlamaq çətin, demək olar ki, mümkün deyil. Lakin hər kəs başa düşür ki, onlarsız da komanda hazırda çox yaxşı görünür.
Kros və Modriç kimi oyunçulara bunu izah etmək mənim üçün çətin deyil. Onlar ağıllı və təvazökar uşaqlardır. Onlar oynamasalar da, nə qədər vacib olduqlarını bilirlər. Krosla Modriçi idarə etmək karyeramdakı ən asan işdir".
Mirağa