Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb.
Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sport1" saytı: "Bayern Münhen" Leroy Sanenin İngiltərə Premyer Liqasına transferinə qadağa qoyub. "Çelsi" futbolçunu İngiltərəyə qaytarmaqda maraqlı idi, lakin Münhen klubu futbolçunun satılmadığını bildirib".
İnsayder David Ornşteyn: "Vulverhempton" zədəli hücumçusu Saşa Kalayciçin yerinə "Atletiko Mineyro"nun sabiq futbolçusu Dieqo Kostanı transfer etməyi düşünür. Çərşənbə axşamı oyunçu yoxlanışdan keçmək üçün İngiltərəyə gələcək. O, hazırda azad agentdir".
Baş tutmuş transfer xəbərləri:
28 yaşlı futbolçu Ross Barkli azzad agent olaraq "Nitsa" klubuna keçib.
Emin Şəmsiyev