10:55 05.09.2022 420

“Sabah” büdrədi, amma zirvədən enmədi – Tura baxış

Misli Premyer Liqasında V turun oyunları lider “Sabah”ın büdrəməsiylə daha çox yadda qaldı.

Murad Musayevin komandası heç də iddialı olmayan “Səbail”in qapısına yol tapa bilmədi.

Bununla belə, “Sabah” 1-ci pilləni heç kimə güzəştə getməyib, masazırlılar yenə də ilk pillədə qərarlaşıblar. “Qarabağ”la “Neftçi” isə növbəti qələbəsini qazanaraq liderin təqibini sürdürürlər.

“Kəpəz” – “Qarabağ” 0:1 
Qol:
Abdullah Zubir, 44
Qırmızı vərəqə: Tural Rzayev, 49 - qırmızı

“Kəpəz”: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 72. Zahid Mərdanov, 97. Nicat Məmmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Məşqçi: Xaliq Mərdanov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 6. Julio Romao
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

Ötən tur “Səbail”ə uduzan “Kəpəz” baş məşqçisiz qalmışdı. Yaşar Vahabzadənin gedişindən sonra Gəncə təmsilçisini “Qarabağ”la oyuna Xaliq Mərdanov çıxarmışdı. Qurban Qurbanov start heyətdə aparıcı futbolçuların bir çoxuna yer vermişdi. Heyəti görən əksər mütəxəssislər və azarkeşlər “Kəpəz”in Qəbələdə “Qarabağ”a böyük hesabla uduzacağını düşünürdülər. Amma yekun nəticə bu proqnozlara uyğun olmadı. Düzdü, “Kəpəz” uduzmağına uduzdu. Di gəl ki, “Qarabağ” zəif rəqibin qapısına cəmi bir dəfə yol tapa bildi. “Kəpəz” azarkeşlərini üzən qola Zubir 44-cü dəqiqədə imza atdı. “Meydan sahibləri” ikinci hissədə Tural Rzayevin meydandan qovulmasıyla azlıqda qaldılar. Sanki bu qırmızı vərəqə “Qarabağ”ın onsuz da az olan qol vurmaq həvəsini bir qədər də azaltdı. Ağdam təmsilçisi yaxşı günlərini yaşamayan rəqibinə qarşı amansız dayanmadı və görüş 0:1 hesabıyla bitdi.

Artıq “Kəpəz”in yeni baş məşqçisi var. Amma Tərlan Əhmədovun işi xeyli çətin olacaq. Hamıya məlumdu ki, beş oyunun hamısında meydanı məğlub tərk edən “Kəpəz” turnir cədvəlinin sonuncusudu. “Qarabağ” isə itirilən xalların sayına görə lider hesab olunur. “Turan Tovuz”la oyunu təxirə salınan “köhlən atlar” keçirdiyi 4 oyundan maksimum xal toplayıb. 

“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol:
Runi Eva, 84. 

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 83. Nihad Quliyev, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev
Baş məşqçi: Vüqar Əsgərli
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Şamaxıdakı görüşü izləyənlərin meydandakı futbolçulara ürəyi ağrayırdı. Təxminən 40 dərəcə temperaturun müşayəti ilə keçirilən qarşılaşma onlar üçün xeyli çətin keçdi. Onu da nəzərə alaq ki, Şamaxı şəhər stadionunun meydançası süni örtüklüdü. Belədə meydanda topun arxasınca qaçan futbolçuların necə əziyyət çəkdiyi anlaşılır. Bu cür oyunlarda nəticədən daha çox futbolçuların səhhəti vacib olur. Şükürlər olsun ki, çətin şəraitdə keçən qarşılaşmada huşunu itirən, günəş şüalarından sarsılan olmadı.

Ümumiyyətlə isə “Turan Tovuz” heyətinə görə “Şamaxı”dan üstün idi. Bu mənada qonaqların səfərdən qələbə ilə dönməsi təəccüblü sayılmamalıdı. Tovuzlu azarkeşləri sevindirən qola isə 84-cü dəqiqədə Runi Eva imza atdı. “Şamaxı” isə hələ birinci hissədə əsas qol ümidi Amil Yunanovu itirmişdi. Zaman göstərir ki, legionersiz elitada mübarizə aparmaq çox çətindi. 
Cəmi 1 xalı olan “Şamaxı” hələ də 9-cu sıradadı. Xal ehtiyatını yeddiyə yüksəldən “Turan Tovuz” isə özünü 5-ci pillədə xoşbəxt hiss edə bilər. 

“Neftçi” – “Sumqayıt” 3:0
Qollar:
Ataa Caber, 19, Emin Mahmudov, 54-pen, Rəhman Hacıyev, 76.

“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç, 37. Alya Ture
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture
Baş məşqçi: Aleksey Baqa

Elə “Neftçi” azarkeşləri də xoşbəxtdi. Onların sevimli komandaları öz meydanında büdrəmir, bütün rəqiblərini evə əliboş yola salır. “Ağ-qaralar”ın bu dəfəki “qurbanı” “Sumqayıt” oldu. “Gənclik şəhəri”ni təmsil edən komanda təkcə qələbəyə yox, qol vurmağa da həsrətdi. Aleksey Baqanın çalışdırdığı komanda keçirdiyi beş oyunun heç birində qol sevinci yaşamayıb. Beloruslu çalışdırıcı bunun səbəbini izah edə bilməyəcəyini görüb, oyundan sonrakı mətbuat konfransından da yayınmışdı. Görünən odu ki, “Sumqayıt”ın problemləri həqiqətən də baş məşqçi ilə bağlı deyilmiş. Heç legionerlərin gəlişi də komandanın dərdinə əlac etməyib.

“Neftçi” isə turdan-tura özünə inamını artırır. 12 xallı paytaxt təmsilçisi “Sabah”la “Qarabağ”ı izləməkdədi. İki xallı “Sumqayıt” isə sondan 3-cü sırada qərarlaşıb.

“Sabah” – “Səbail” 0:0 

“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 5. Petro Stasyuk, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

Masazırdakı qolsuz bərabərlik “Səbail”dən başqa “Qarabağ”la “Neftçi”nin də ürəyincə oldu. Turnir cədvəlinin lideri nəhayət ki, büdrədi. Xal itkisinə baxmayaraq, “Sabah” yenə də birinci pillədədi. Murad Musayevin komandasına liderlik kürsüsünü “Qarabağ”dan geri almaq üçün 1 xal da kifayət etdi. Bu qarşılaşma həm də onu göstərdi ki, “Sabah” heç də qarşısıalınmaz komanda deyil, daha güclü rəqiblərlə oyunlarda masazırlılar məğlubiyyətdən “sığortalanmayıblar”.

Liderlə səfər oyunundan xalla dönmək “Səbail” üçün yaxşı məqamdı. Amma onu da qeyd etmək lazımdı ki, Bayıldan gələn qonaqlar bu nəticəni bəzi futbol biclikləri işə salmaqla qazandılar. Söhbət təkcə praqmatik futbol elementlərindən getmir. Oyunun son bölümləri birmənalı olaraq qonaqların vaxtı uzatmasıyla yadda qaldı. Bu da baxımlı futbol adına heç də xoş görüntü deyil. Bununla belə “Səbail”in qazandığı bir xala kölgə salmaq ədalətli olmazdı. Murad Musayev bunu nəzərə almalı, rəqibin belə oyununa qarşı çarə tapmalı idi. 

Nəhs sayda xalı olan “Sabah” bütün rəqiblərini qabaqlayır. İndiki məqamda “Səbail” üçün 5 xal da uğur sayılmalıdı.

“Zirə” – “Qəbələ” 2:1 
Qollar
: Rəhim Sadıxov, 45; 74 - İsnik Alimi, 35-pen.

"Zirə": 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Bronyo, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.    

“Zirə” əzmkar qələbə ilə həm azarkeşlərini, həm də Rəşad Sadıqovu sevindirdi. Mərdəkandakı oyunda hesabı açan qonaq komanda olmuşdu. İsnik Alimi penaltidən “Qəbələ”ni önə çıxardı. Düşünmək olardı ki, bu qol “Zirə”nin mübarizə əzmini qıracaq, “qırmızı-qaralar” 3 xala sevinəcək. Onların bu planını Rəhim Sadıxov pozdu. Fasilə ərəfəsində cərimə zərbəsindən sonra gözəl qola atan Rəhim ikinci hissədə yenə də fərdi ustalığı sayəsində komandasının qələbə topunu vurdu. Görünən odu ki, zaman keçdikcə “Zirə” öz oyununu tapacaq və nəticələrini yaxşılaşdıracaq.

Bu qələbə sayəsində “Zirə” xalını yeddiyə yüksəltsə də, “Turan Tovuz”u qabaqlamaq mümkün olmadı. 9 xallı “Qəbələ” isə ilk “3-lüyü” təqib etməkdədir.

Amal Abuşov
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X