Bosniya və Herseqovinada "Buduçnost" və "Stupçanitsa" komandaları arasında keçirilən futbol matçında dava düşüb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Banoviçidə keçirilən birinci liqa matçında azarkeşlərin meydana daxil olmasından sonra insident yaşanıb.
Əlbəyaxa davada qonaq komandanın futbolçusu Senad Selimoviç ağır xəsarətlər alıb.
Meydan sahibləri insidentdən sonra zorakılığı pisləyiblər. Bununla belə, "Buduçnost" tərəfi davaya qonaq azarkeşlərin davamlı təxribatının səbəb olduğunu iddia edib.
Xatırladırıq ki, qarşılaşma meydan sahiblərinin xeyrinə (1:0) başa çatıb.