14:11 05.09.2022 2296

"100-də 100 əminəm ki, "Sabah" və "Neftçi..." -  Aslan Kərimov

Misli Premyer Liqasının (MPL) 5-ci turu geridə qaldı. 

İlk turdan sonra turnir cədvəlinə 13 xalla "Sabah" başçılıq edir. Ehtiyatda bir oyunu olan "Qarabağ" və "Neftçi" 12 xalla 2 və 3-cü yerlərdə qərarlaşıblar. Uzun fasilədən sonra Premyer Liqaya qayıdan "Turan Tovuz" isə 7 xalla 5-ci pillədə mövqe tutub. 5 oyundur məğlub olan "Kəpəz" çempionatın xalsız autsayderidir. Turnir başlayandan qol sevinci yaşamayan "Sumqayıt" isə Gəncə təmsilçisini cəmi 1 xal qabaqlayır. 

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında MPL-in bir neçə komandası haqda fikirlərini bölüşüb.

Veteran futbolçu əvvəlcə nəticələri ilə ürək açmayan komandalardan danışıb:

"Pis nəticə göstərən klublardan biri "Sumqayıt"dır. Komandanın daxilində hansı proseslərin getdiyindən xəbərdar deyiliik. Artıq legioner futbolçu problemləri də yoxdur. Kifayət qədər komplektləşiblər. Obyektivliyə qalsa, "Neftçi"yə qarşı oyun istisna olmaqla, o qədər də bərbad oyun nümayiş etdirmirlər. Çempionat başlayandan komanda rəqib qapısına yol tapa bilmir. Düşünürəm ki, bu, futbolçuların yox, kubun içində olan hansısa problemin göstəricisidir. 

"Şamaxı"ya gəlincə deyim ki, klub artıq qurulanda onlardan nə gözləyəcəyimizi bilirdik. Düşünümürdük ki, klub 3 və ya 4-cü yer uğrunda mübarizə aparacaq. Bəlli bir strukturları var, amma futbolçu keyfiyyəti yoxdur. Oyunçuların səviyyəsi onlara çox xal qazanmağa imkan vermir. Ürəkaçan məqam odur ki, gənc futbolçular oyun praktikası qazanır. Onlara əməlli-başlı şərait yaradılıb. Bu, gənc oyunçuların təcrübə toplaması üçün yaxşı şansdır". 

49 yaşlı mütəxəssis Premyer Liqaya bu mövsüm qoşulmuş komandaların oyunlarını da dəyərləndirib:

"Turan Tovuz"la bağlı deyə bilərəm ki, Ayxan Abbasov gəldiyi gündən komandada böyük işlər gedir. Tovuz təmsilçisində Ayxanın öz dəsti-xətti nəzərə çarpır. Baxmayaraq ki, komanda yenidən qurulub, qısa zaman kəsiyində çempionata adaptasiya olmağı bacarıblar. "Turan Tovuz"un nə üçün mübarizə apardığı və nə istədiyi bəlli olur. Uğurlar da qazanırlar, xallarını da toplayırlar. Uzun müddətdən sonra yenidən Premyer Liqaya qayıtmaq onlar üçün heç də çətin olmadı. 

Gəncə təmsilçisi isə tovuzlularla müqayisədə çətinlik çəkir. "Kəpəz"in maddiyatla və ya digər faktlarla bağlı problemləri haqda danışmaq çətindir. Çünki bu barədə məlumatsızıq. Kənardan izləyən biri kimi bu məsələnin nə yerdə olduğunu anlamaq olmur. Komandanın hazırki durumu klubun daxilində hansısa münaqişədən, futbolçu keyfiyyətindən və ya rəhbərlikdən asılı ola bilər. "Kəpəz"in problemləri haqda danışası olsaq, səhərə qədər davam edə bilərik. Bu səbəbdən komandanın indiki vəziyyətinə konkret cavab vermək olmur. Bir şey deyə bilərəm ki, komandanın işləri açıq-aşkar yaxşı deyil". 

Kərimov keçmiş komanda yoldaşı Tərlan Əhmədovun "Kəpəz"ə baş məqşçi təyin olunmasına da münasibət bildirib:

"Tərlan Əhmədovun gəlişi ilə kadr dəyişikliyinin baş verəcəyi gözlənilən idi. Əhmədov komandaya öz köməkçiləri ilə gəldi. Bundan əlavə, Tərlanın aşağı büdcəli komandalarla işləmək təcrübəsi var. Ümid edirik ki, istədiyini ortaya qola biləcək. Çempionat zamanı baş məqşçi dəyişikliyi komandalara bəzən pozitiv təsirini də göstərə, hansısa qığılcıma səbəb ola bilər. "Kəpəz"də müsbət yöndə irəliləyiş olacağını gözləyirəm. Düşünürəm ki, Tərlan Əhmədovun gəlişi pis nəticələnməyəcək".

Sabiq yarımmüdafiəçi bu mövsüm çempionatın daha rəqabətli olacağını da vurğulayıb:

"Fikrimcə, cari mövsüm güclü rəqabət müşahidə edəcəyik. Amma birinci yer üçün yox. İkinci yeri təmin etmək uğrunda gərgin mücadilə görəcəyik. Söhbət "Sabah" və "Neftçi"dən gedir. Hər iki kollektiv çempionata yaxşı başlayıb. Komandaların potensialı, maddi durumu bir-birinə uyğundur. Digər klublar üçün onlara çatmaq olduqca çətin olacaq. İlk beş turdan sonra əminliklə demək olar ki, "Sabah" və "Neftçi" öz aralarında "qanlı-davalı" mübarizəyə girişiblər. 100-də 100 əminəm ki, ikincilik uğrunda məhz adını çəkdiyim komandalar arasında güclü mübarizə gedəcək". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X