Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində dünən keçirilən "Anakaragücü" - Beşiktaş" matçından sonra xoşagəlməz hadisə qeydə alınıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Ankara təmsilçisinin azarkeşi görüşün ardından meydana çıxaraq İstanbul klubunun forvardı Cenk Tosuna hücum çəkib.
Tosunu təpiklə vuran fanat kütləvi dava-dalaşa səbəb olub. Nəticədə, meydan sahiblərindən Marlon Şavyer, qonaqlardan isə Jozef de Souza Dias qırmızı vərəqə ilə cəzalandırılıb. Məğlubiyyəti həzm edə bilməyən tərəfdar isə polis bölməsinə aparılıb.
Qeyd edək ki, bu qələbə sayəsində "Beşiktaş" turnir cədvəlinin ilk pilləsinə qalxıb.
Nihat