"Valensiya"nın baş məşqçisi Cennaro Qattuzo dünən "Xetafe" ilə qarşılaşmada (5:1) hesabı açan yetirməsi Toni Lato haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı "Sphera Sports"a açıqlamasında müdafiəçinin qızı üçün yaxşı həyat yoldaşı ola biləcəyini deyib:
“Qızım hələ gəncdir, onun cəmi 18 yaşı var. Amma Toni Lato onun üçün ideal ər ola bilər. Şanslıyam ki, onun kimi futbolçum var. O, çox təvazökar və çalışqandır".
Mirağa