Lvovdan olan uşaq futbol məşqçisi Dmitri Fialka cəbhədə dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki. bu barədə Lvov “Dinamo”sunun mətbuat xidmətinin məlumat yayıb:
“Hər şey üçün təşəkkür edirik və əvəzolunmaz itkini ailə və dostlarımızla bölüşürük. Qəhrəmanımız, sən bizim ölkəmiz üçün döyüşdün, ruhun şad olsun”.
39 yaşlı mütəxəssisin son iş yeri Lvov Gənclər İdman Məktəbi olub. Bundan əvvəl o, məhz “Dinamo” klubunda baş məşqçi vəzifəsində çalışıb.
Mirağa