"Turan Tovuz" 3 oyunluq fasilədən sonra yenidən doğma azarkeşləri önünə çıxacaq.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda qərb derbisində “Kəpəz”lə üz-üzə gələcək.
9 sentyabrda, saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq oyunun biletləri satışa çıxıb. Biletin qiyməti 2 manat təşkil edir.
Bununla yanaşı, 59 manat ödəyib mövsümi bilet əldə etməklə də “Turan Tovuz”un bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləmək mümkündür. Mövsümi bilet əldə edən şəxslərə klubun atributları da təqdim olunur.
Qeyd edək ki, mövsümə doğma meydanda start verən "Turan Tovuz" ilk turda "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. Komanda 3 ardıcıl səfər oyunundan ("Səbail" - 1:0, "Sumqayıt" - 0:0, "Şamaxı" - 1:0) ibarət turneni isə məğlubiyyətsiz başa vurub.
Mirağa