Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Valensiya şəhərində keçirilən açıq Avropa Kubokunda 20-ci yeri tutub.
Fanat.Az xəbər verir ki, yarışda 65 idmançı iştirak edib.
Pevtsov çıxışını 51 dəqiqə 16 saniyəyə başa vurub.
Qalib braziliyalı Manuel Messias olub.