"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Almaniyanın "Frayburq" komandası ilə səfərdə keçiriləcək qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Erik Lambrextsə Yo de Veyrdt və Matias Hillart laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.
VAR hakimləri fransalı Villi Delajo və Benua Miyo olacaq.
Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.
Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki "Europa-Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.