Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin sentyabrın 8-də, Avstriyada keçiriləcək “Şturm” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.