"Yuventus"un əfsanəsi Alessandro Del Pyero "Napoli"nin yarımmüdafiəçisi Xviçe Kvaratsxeliya haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Football Italia"ya danışan italiyalı veteran gürcü futbolçunu yüksək qiymətləndirib:
“Napoli" Kulibali və İnsinyenin gedişindən sonra zəifləyib? Xeyr, əksinə. Düşünürəm ki, "Napoli" daha da güclənib! Spalettinin əməyini çox yüksək qiymətləndirirəm. Kvaratsxeliya inanılmazdır. Onun istedadı var. Bu adam Avropada oynamaq üçün yaranıb".
Kvaratsxeliya bu mövsümün startı ərəfəsində "Dinamo Batumi"dən (Gürcüstan) "Napoli"yə keçib.
Xatırladaq ki, Xviça Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
Mirağa