"Barselona"nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqasındakı hədəflərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Biz Çempionlar Liqasının qalibi olmağı arzulayırıq. Bu arzu olmasaydı, bura qayıtmazdım. Hədəfimiz uğrunda mübarizə aparacağıq.
Qalib gəlmək istəyirəm. Hansısa turnirdə onu qazanmağı qarşıya məqsəd qoymadan iştirak etmək mənim ambisiyalarıma uyğun deyil. Hərçənd ehtiyatı əldən verməməliyik. Özümüzü indidən favorit adlandırsaq, düzgün alınmaz. Ağır qrupda yer almışıq. ÇL-də istənilən oyun gərgin alınır. Özümü çətin mübarizələrə hazır saymasaydım, evdə, ailəmin yanında oturardım... Hə, ÇL-i 5 dəfə qazanmışıq. Ancaq yenə də gözləntilərimiz çox böyükdür".
Qeyd edək ki, "Barselona" ÇL-in ilk turunda pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran (0:0, 1:2) Çexiya "Viktoriya"sı ilə üz-üzə gələcək.
Nihat