Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiya "Dinamo Zaqreb"i Çempionlar Liqasının E qrupunda ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Zaqreb təmsilçisi öz meydanında "Çelsi"ni qəbul edib.
Matç xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub.
Mahir Emrelı görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Çempionlar Liqası
I tur
E qrupu
6 sentyabr
"Dinamo Zaqreb" (Xorvatiya) - "Çelsi" (İngiltərə) 1:0
Qol: Mislav Orşiç, 13
Baş hakim: İstvan Kovaçs (Rumıniya)
"Maksimir" stadionu