Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, rəqib Bosniya və Herseqovina yığması olub.
"Dalğa Arena"da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, yığmamız qrupu 7 xalla 6 komanda arasında 4-cü pillədə başa vurub.