Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun matçında "Sevilya" "Mançester Siti"ni qəbul edib. Sevilyadakı (İspaniya) “Ramon Sançes Pisxuan” stadionunda keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, Erlinq Holan oyunda dublla yadda qalıb.
Bununla da "Mançester Siti"nin norveçli hücumçusu klub tarixində İngiıltərə Premyer Liqasında (İPL) və UEFA Çempionlar Liqasında debüt oyununda qol vuran ilk futbolçu olub.
Xatırladaq ki, İPL-in açılış oyununda "Kristal Pelas"a qarşı matçda forvard het-triklə yadda qalmışdı.
Emin