Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası AVRO-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, yığma səfərdə D qrupunun lideri Sloveniya seçməsi ilə qarşılaşacaq. Paytaxt Mariborda təşkil olunacaq qarşılaşmanı İtaliya və Macarıstandan olan hakimlər idarə edəcək.
İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə Sloveniya qalib gəlib - 3:1. Hazırda bu yığma 11 xalla 1-ci, Azərbaycan isə 9 xalla 2-ci yerdə gedir.
Qrupun digər görüşündə 4 xala malik Avstriya xalı olmayan Gürcüstanı qəbul edəcək.
Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi bu gün qələbə təqdirində, Avstriya ilə sonuncu tur görüşünün nəticəsindən asılı olmayaraq ən azı qrup ikincisi kimi final mərhələsinə yüksələcək.
AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
7 sentyabr
17:30 Sloveniya – Azərbaycan
Hakimlər: Armando Simbari (İtaliya), Peter Sabo (Macarıstan)
Maribor, "Sportna Dvorana Ljudski Vrt".