Sentyabrın 10-11-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Kikboksinq Federasiyası və “Vətən” klubunun təşkilatçılığı ilə “Zəfər turniri” adlı yarış keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnir Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq.
Yarışa 25-dən artıq idman klubu və cəmiyyətin komandalarının tərkibində 250-dən çox kikboksinqçinin qatılacağı planlaşdırılır.