Bədii gimnastika üzrə Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini keçir.
Fanat.Az xəbər verir ki, yığma üzvləri bu gün Milli Gimnastika Arenasında Özbəkistan və Cənubi Koreya yığmaları ilə birgə yoxlama məşqi keçib.
Hazırlığı izləyənlər arasında gənclər və idman nazirinin müavini Mariana Vasileva da olub.
Qeyd edək ki, dünya çempionatı 14-18 sentyabrda keçiriləcək.