Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatında ilk yarımfinalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ilk 1/4 final oyununda İtaliya və Fransa yığmaları qarşılaşıb. Sloveniyanın paytaxtı Lyublyanada keçirilən görüş apenninlilərin 3:2 (24:26, 25:21, 23:25, 25:22, 15:12) hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə Sloveniya Ukraynaya 3:1 (18:25, 26:24, 25:19, 25:23) hesabı ilə qalib gəlib.
Beləliklə, İtaliya və Sloveniya seçmələri yarımfinalda münasibətlərinə aydınlıq gətirəcək. Matç sentyabrın 10-da Polşanın Katovitse şəhərində baş tutacaq.
1/4 finalın digər matçları bu gün keçiriləcək. Argentina Braziliya ilə, Polşa ABŞ ilə üz-üzə gələcək