“Layptsiq” klubu yeni baş məşqçisini ictimaiyyətə açıqlayıb.
Fanat.Az xəbər verir ki, Almaniya klubu Marko Rouza tapşırılıb.
45 yaşlı mütəxəssis dünən istefaya göndərilən Domeniko Tedeskonu əvəzləyib. Onunla 2024-cü ilin iyunun sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Rouzun əvvəlki klubu 2021-ci ilin iyulundan 2022-ci ilin mayına kimi rəhbərlik etdiyi Dortmund “Borussiya”sı idi.
“Layptsiq” Bundesliqada 5 oyundan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Şaxtyor”a (Donetsk) uduzub (1:4). Bu məğlubiyyətdən sonra Tedesko baş məşqçi postundan qovulub.