"Brayton"un yarımmüdafiəçisi Adam Lallana komandada oynayan məşqçi olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lallana "Çelsi"yə gedən keçmiş baş məşqçi Qrem Potteri əvəz edəcək.
Yarımmüdafiəçi bundan əvvəl "Liverpul"da çıxış edib. O, 2014-cü ilin yayında 31 milyon avroya "Sauthempton"dan mersisaydlıların düşərgəsinə keçib. O vaxtdan bəri ingilis yarımmüdafiəçi komandanın heyətində 178 oyun keçirib, bu oyunda 22 qol vurub və 22 məhsuldar ötürmə verib.
Mirağa