Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, M7 yaş qrupu üzrə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəcəbli ardıcıl olaraq Ukrayna və Böyük Britaniya təmsilçilərini yenərək finala yüksəlib. Həlledici dueldə almaniyalı həmkarını da üstələyən 63 yaşlı veteran idmançı yarışın qalibi adını qazanıb.
Qeyd edək ki, bu, Fərhad Rəcəblinin veteranlar arasında 10-cu dünya çempionluğudur.