Polşa və Sloveniyada voleybol üzrə kişilər arasında keçirilən dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, son olaraq Braziliya və meydan sahibləri Polşa adını növbəti mərhələyə yazdırıb.
1/4 finalda "sambaçılar" Argentinanı 3:1 (25:16, 23:25, 25:22, 25:21), polşalılar isə ABŞ-ı 3:2 (25:20, 27:25, 21:25, 22:25, 15:12) hesabı ilə məğlub edib.
Bu komandalar finalın bir addımlığında bir-birinə rəqib olublar. Digər yarımfinal matçında isə Sloveniya və İtaliya kollektivləri üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal matçları sentyabrın 10-u və 11-də keçiriləcək.