Yay transfer pəncərəsi bağlansa da, futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer planları ilə bağlı maraqlı məlumatlar yaymağa davam edir.
İnsayder, Fabritsio Romano: "Dieqo Kosta "Vulverhempton"la 2023-cü ilə qədər müqavilə imzalayıb".
Baş tutmuş transfer xəbərləri:
Qalatasaray eyni anda 5 transferini açıqlayıb:
Mauro İkardi mövsümün sonuna kimi icarə əsasında PSJ-dən "Qalatasaray"a keçib.
Xuan Mata azad agent olaraq "Qalatasaray"a keçib.
Yusuf Dəmir 6 milyon avroya "Rapid"dən "Qalatasaray"a keçib.
Milot Raşitsa mövsümün sonuna qədər icarə əsasında "Norviç"dən "Qalatasaray"a keçib.
Matias Ross Censen 1,75 milyon avroya "Olborq"dan "Qalatasaray"a keçib.
28 yaşlı hücumçu Natan Redmond "Sauthempton"dan "Beşiktaş"a keçib.
Emin