13:48 09.09.2022 1727

\"Frayburq\" Bakıdakı oyunda da bundan istifadə edəcək\" - Aslan Kərimov

Ötən gecə UEFA Avropa Liqasının G qrupunda ilk matçına çıxan "Qarabağ" səfərdə Almaniyanın "Frayburq" klubuna məğlub olub - 1:2.

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında həmin oyun haqda fikirlərini bölüşdü:

"Ümumilikdə oyunun ilk hissəsi gözlədiyim kimi keçdi. Almaniya klubunun necə oynayacağı öncədən bəlli idi. Bizi bütün detallara qədər mükəmməl analiz etmişdilər. İlk 30 dəqiqəyə baxası olsaq, "Qarabağ"ı əl-ayaq açmağa qoymadılar. "Qarabağ"ın futbol fəlsəfəsində əsas məqsəd topu meydanın mərkəzinə gətirib rəqibdə boşluqlar tapmaqdır. Dünənki matçın ilk hissəsində bunu müşahidə etmədik. Rəqib yarımmüdafiəçilər bizə oyunu geridən başlamağa imkan vermirdilər. "Qarabağ" da məcbur olub topu irəli vururdu. "Frayburq" belə desək, etdiyimiz ötürmələri tutub əks-hücuma keçirdi. Bu baxımdan bizi əməlli-başlı döydülər və nəticədə iki qol önə keçdilər. 

Düşünürəm ki, oyunun alınmamasının səbəblərindən biri cinah yarımmüdafiəçilərimizin müdafiə olunarkən işləməməsi idi. Top itkisi zamanı Zubir və Ramil Şeydayev geri çəkilib müdafiəyə dəstək olmalı idi.

Buraxılan iki qoldan sonra hiss olundu ki, ötürmələr hesabına boşluqlar tapa bilirik. Bu da ona gətirdi ki, qol imkanları yaratdıq. 

"Faryburq"un maksimum təzyiq göstərməsi ikinci hissədə gücdən düşməsinə səbəb oldu. Bu üzdən "Qarabağ" istədiyi şəkildə oynaya bildi". 

Kərimov Qurban Qurbanovun mərkəz hücumçusu mövqeyində Ovusu Kvabenaya güvənməsini də dəyərləndirdi:

"Öncəki müsahibələrimdə də mərkəz hücumçusu kimi Ovusunun oynayacağını təxmin etmişdim. Belə baxsaq, ondan başqa variantımız da yoxdur. Fikrimcə, Şeydayev elə oynadığı mövqedə qalsa, yaxşıdır. "Sivri uc"da oynayan Ovusu bəzən ikili mübarizələrdə qalib gəlirdi. Birəbir epizodlar zamanı rəqibi arxasında saxlamağı bacarırdı. Belə keyfiyyətlərə malik olan futbolçu yalnız mərkəz hücumçusu mövqeyində oynaya bilər. Ramil önə "çəkilsə", Ovusunun komandaya cinahda fayda verəcəyinə inanmağım gəlmir". 

Aslan bəy "Qarabağ"ın bu rəqiblə cavab oyunu haqda düşüncələrini bölüşdü:

"Cavab görüşündə "Qarabağ"ın evdə oynaması üstünlükdür. Amma bunun mənfi və müsbət tərəfləri var. "Öz meydanımızda oynadığımız üçün mütləq qalib gələcəyik" düşüncəsi düzgün deyil. Bəli, rəqib üzərində azarkeşlərin basqısı olacaq, futbolçularımız evdə özünü daha rahat hiss edəcək. Bu üstünlüklər bizi aldatmamalıdır. Yeri gəlmişkən, onlar bəzən irəlidəki forvardı uzun ötürmələrlə təmin edirdilər. Düşünürəm ki, Bakıdakı oynunda da bundan istifadə edəcəklər. Odur ki, daha çox irəli getsək, bizi əks-hücumla cəzalandıra bilərlər". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X