"Yuventus" "Benfika"nın futbolçusu Alexandro Qrimaldonu heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, “ağ-qaralar” ispaniyalı müdafiəçini gələn ilin yanvar ayında transfer etməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl "Barselona" və "Mançester Siti" də 26 yaşlı futbolçuya elçi düşmüşdü.
Xatırladaq ki, Qrimaldonun “qartallar”la cari müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Emin