PSJ-nin 29 yaşlı hücumçusu Mauro İkardi icarə əsasında İstanbul "Qalatasaray"ına keçib.
Fanat.Az "sarı-qırmızılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu azarkeşlərə üz tutub və keçidini belə şərh edib:
“Səmimi qəbula görə azarkeşlərə təşəkkür edirəm. Mən çox məmnun oldum. Yayda çox təkliflər aldım, amma şadam ki, “Qalatasarayı” seçdim. Bu klub qarşısına həmişə ən yüksək məqsədlər qoyur. Komandanın bir hissəsi olduğum üçün şadam, onun maksimum səviyyəyə çatmasına kömək etmək istəyirəm".
Xatırladaq ki, 29 yaşlı hücumçunun Türkiyə klubu ilə icarə müqaviləsi 2022/2023 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Emin