"Mançester Yunayted" ötən gün UEFA Avropa Liqasının qurp oyununda evdə "Real Sosyedad"a 0:1 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq matçdan sonra heç bir şərh verməyib.
Bu, klubun qərarı olub. Belə ki, "Mançester Yunayted" kraliça II Yelizavetanın ölümü ilə əlaqədar oyunsonrası bütün tədbirləri ləğv edib.
Kraliçanın vəfatına görə Böyük Britaniyada matəm elan olunub. Buna görə Premyer Liqada həftəsonuna planlaşdırılan VII turun bütün oyunlarının təxirə salınacağı gözlənilir.