Türkiyənin “Beşiktaş” klubu rəsmi saytı vasitəsi ilə heyətinə 3 yeni futbolçu qatdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin “Sauthempton” klubundan Neytan Redmondu, “Adana Dəmirspor”dan Tayyip Sanuçu, “Alanyaspor”dan isə Tayfur Bingölü rənglərinə bağlayıb.
Bingöl mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 29 yaşlı sağ cinah müdafiəçisi 2019-cu ildən “Alanyaspor”da çıxış edirdi.
Sanuç “qara qartallar”la 4 illik müqaviləyə bağlayıb. "Beşiktaş" bu transfer üçün “Adana Dəmirspor”a 1,5 milyon avro ödəyəcək. Adana klubu futbolçunun gələcəkdəki mümkün satışından da 25 faiz pay alacaq. “Karabükspor”un yetirməsi olan 22 yaşlı Sanuç son 5 mövsümü “Adana Dəmirspor”da keçirib.
Redmond isə “Sauthempton”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Müqavilədə "ağ-qaralar"ın sonradan futbolçunun transfer hüquqlarına yiyələnməsi nəzərdə tutulmayıb.
Yeri gəlmişkən, “Beşiktaş” bosniyalı yarımmüdafiəçisi Aydin Hasiçi “Göztəpə”yə icarəyə verib. 20 yaşlı vinger mövsümün sonunadək İzmir təmsilçisində top qovacaq.
Nihat