Ulduz futbolçu Kriştianu Ronaldu Kraliça II Yelizavetanın vəfatı ilə bağlı başsağlığı verib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə "Instagram" səhifəsində paylaşım edib:
“Mən karyeramın yeddi ilini Premyer Liqada keçirmişəm və indi İngiltərədə səkkizinci mövsümdür oynayıram. Bütün bu illər ərzində Böyük Britaniyanın öz Kraliçasına sonsuz məhəbbətini, Əlahəzrətin öz xalqı üçün nə qədər əhəmiyyətli olduğunu hiss etmişəm.
Mən onun xatirəsini ehtiramla yad edirəm və vətən adlandırdığım ölkə ilə bərabər bu əvəzedilməz itki üçün yas tuturam. Düşüncələrim və dualarım kral ailəsi ilədir”.
Qeyd edək ki, Böyük Britaniya kraliçası dünən 96 yaşında dünyasını dəyişib.
Mirağa