Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz" "Turan Tovuz"un qonağı olub. Qərb derbisi 2:0 hesablı üstünlüklə meydan sahiblərinin xeyrinə nəticələnib.
Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin yeni çalışdırıcısı Tərlan Əhmədov oyundan sonra ənənəvi mətbuat konfransında iştirak edib.
51 yaşlı mütəxəssis bildirib ki, üstün oynasalar da, məğlub oldular:
"Kəpəz"i qəbul edəndə çox oyunlarına baxdım. Gördüm ki, nəsə etmək olar, klubda potensial var. Bu gün isə bir daha bunun şahidi oldum
Futbolda belə hallar olur. Kaş, pis oynayıb qalib gələrdik. Uşaqlar göstərdilər ki, istək var. Yaxşı komanda qurmaq olar. Çatışmazlıqlarımız var, görəcəyimiz iş çoxdur. Hücum xəttindəki problem daha qabarıq görünür. Oyun baxımından komanda topa daha çox nəzarət edirdi. Çalışırdıq rəqibi topsuz qoyaq, boş zonalar əldə edək. Birinci və ikinci hissədə qol epizodlarımız oldu. Məyus olub, depressiyaya qapanmaq olmaz. Qarşıda oyunlar var. Komandanı qışa qədər yaxşı hazırlamaq bizim borcumuzdur".