Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu qələbə ilə başa vurub.
Fanat.Az xəbər verir ki, yığma səfərdə Avstriya ilə üz-üzə gəlib və görüşdən 3:1 hesabı ilə qalib ayrılıb - 25:14, 25:20, 23:25, 25:15.
Qələbə sayəsində xalını 12-yə çatdıran Azərbaycan millisi qrup ikincisi kimi ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
***
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib.
Fanat.Az xəbər verir ki, D qrupunun sonuncu görüşündə səfərdə Avstriya yığması ilə üz-üzə gələn yığma ilk seti 25:14, sonrakı hissəni isə 25:20 hesabıyla qalib başa vurub. Nəticədə, lazım olan bir xalı təmin edən Eldar Yusubovun çalışdırdığı kollektiv qrup ikincisi kimi AVRO-2023-ün final mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, millimiz hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq.
***
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası AVRO-2023-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığma həlledici oyunda Avstriya yığması ilə üz-üzə gələcək. Səfər görüşü Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
Hazırda millimiz 9 xalla qrupda 2-ci, iki xal geri qalan Avstriya 3-cü yerdədir. Set fərqində böyük üstünlüyü olan Azərbaycan seçməsini final mərhələsinə vəsiqə üçün 1 xal - 2:3 hesablı məğlubiyyət də qane edir.
Qeyd edək ki, qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcək. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.