10:38 10.09.2022 805

"Neftçi"nin baş məşqçisi 0:6-nı şərh etdi

Futzal üzrə Yüksək Liqanın iki iştirakçısı “Araz-Naxçıvan” ilə “Neftçi”İK yoxlama oyununda üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, “Olimpik Star”da keçirilən görüşdə Naxçıvan təmsilçisini paytaxt komandasını 6:0 hesabı ilə məğlub edib. 

Matçdan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı azfutzal.az-a açıqlama verib:

Joze Alesio Da Silva (“Araz-Naxçıvan”ın baş məşqçisi): “Yeni komanda qurmuşuq. Bir aydan az vaxtdır ki, məşq edirik. Bu zaman futzal üçün çox azdır.  Hətta şənbə və bazar günləri də məşqlərə ara vermirdik. Oyuna gəldikdə, razı qaldığım deməliyəm. İntizamlı oynadıq, sona qədər mübarizə apardıq, məşqlərdə etdiyimiz taktiki tapşırıqları reallaşdırmağı bacarırdıq. Əlbəttə, daha çox oyun keçirməli, səhvlərimizi görməliyik. Amma biz hazırlıq prosesində ilk oyunumuza çıxdıq. Heyətimizdə olan oyunçuların hamısına şans verdik. Xəzər Ağalızadə, Cavad Məmmədov, Azər Fərmanov gələcəkdə millinin formasını geyinməyə namizəd gənclərdir. Onlar azda olsa, oynamaq şansı qazandılar. Üç futzalçımız isə zədəlidir.

UEFA Çempionlar Liqasına qədər çempionat və yoldaşlıq oyunları ilə bu boşluğu doldurmalıyıq. Hələlik 55-60 faiz hazır olduğumuzu deyə bilərəm. Amma qarşıda bir aydan çox vaxtımız var. Vacib odur ki, əlimizdə material var və işləmək olar.  Taktiki planda axsadığımız məqamları məşqlərdə düzəltməliyik”.

Hacıbala Abdullazadə (Neftçi”İK-nın baş məşqçisi): “Bir aya yaxındır məşqlərə başlamışıq. Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək komandaya qarşı oynadıq. Heyətimizə yeni futzalçılar dəvət etmişik. Əksəriyyəti gənclərdir. Bugünkü matçda nəticə yox, verilən tapşırıqların icrası, keyfiyyət önəmli idi. Səhvlərimiz oldu, tədricən bunu aradan qaldıracağıq.

Əlbəttə, çempionatda məqsədimiz hər oyunda qələbə qazanmaq, maksimum nəticəni reallaşdırmaq olacaq. Bunun üçün çox işləməliyik. Bu matçda narazı qaldığım məqam rəqibin səhvlərindən maksimum istifadə edə bilməməyimizdi. Epizodlarımız oldu, fərqlənə bilərdik, lakin realizə edə bilmədik. Özümüzün səhvlərimiz daha çox oldu və onlar bundan istifadə etdilər. Bütün oyunçulara şans verdik, hamını iş başında yoxladıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X