Polşanın Krakov şəhərində keçirilən veteran cüdoçular arasında dünya çempionatında M1 və M3 yaş kateqoriyaları üzrə qaliblər bəlli olub.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə M1 yaş kateqoriyası üzrə Tural Safquliyev (100 kq) qızıl, Nadir Babayev (73 kq), Murad Rəcəbli (90 kq) və Qurban Məmmədli (+100 kq) gümüş medal qazanıblar.
M3 yaş kateqoriyasında yarışan idmançılarımızdan Azər Fətullayev (81 kq) qızıl, Zülfüqar Hüseynov (81 kq) gümüş, Rəşad Quliyev (73 kq) bürünc medal əldə edib.