La Liqanın prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin Fransa çempionatında qalmaqla böyük səhv etdiyini düşünür.
Fanat.Az xəbər verir ki, “The Influencers” nəşri Tebasın bu barədə dediklərini belə çatdırıb:
“Messi, Ronaldo və Mbappenin oynadığı komandalara nəzər salsaq görərik ki, bunlar pul xərcləyə biləcək klublardır. Mbappe rəqabətədavamlı olmayan bir liqada qaldı. Onun PSJ-də əldə etdiyi şey bilirsiniz nədir? Heç nə. O PSJ ilə heç bir şeyə nail ola bilməyəcək. Onun aldığı əsl maaş gizli qalır. Mənə maraqlıdır əslində PSJ futbolçularına nə qədər maaş verir?".