Bosniya və Herseqovina noyabrın 19-da Sankt-Peterburqda Rusiya yığması ilə yoldaşlıq oyununun keçiriləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu, Bosniya və Herseqovina azarkeşlərinin sərt etirazına səbəb olub.
Fanatlar Rusiya ilə oyunu boykot etməyə çağırıblar. "BHFanaticos" azarkeş fanklubu bu barədə özünün "Twitter" hesabında paylaşım edib.
Bosniya və Herseqovina millisinin futbolçuları Edin Ceko və Miralem Pyaniç də bir müddət əvvəl Rusiya ilə oyuna qarşı fikirlərini bildiriblər.
Mirağa