"Bu qələbə bizə ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırdı. Bütün komanda yoldaşlarımı, məşqçilər korpusumuzu və həmişə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm".
Fanat.Az xəbər verir ki,, bunu Azərbaycanın qadınlardan ibarət voleybol millisinin kapitanı Ayşən Abduləzimova AVRO-2023-ün final mərhələsinə vəsiqə qazanmaları ilə bağlı danışarkən deyib.
29 yaşlı idmançı seçmə mərhələdə Sloveniya ilə görüşlərin istədikləri kimi alınmadığını bildirib: "Həm Bakıda, həm də səfərdə məğlub olduq. Buna baxmayaraq sonuncu və həlledici oyunda Avstriya komandasına qalib gəldik.
Biz hər zaman azarkeşlərin dəstəyini hiss edirdik və çox çalışırdıq ki, qalib gələrək onlara sevinc bəxş edək. Fanatlar hər zaman bizimlə olublar. Hər birinə təşəkkür edirəm. Komandamıza AVRO-2023-də uğurlar arzulayıram".
Qeyd edək ki, təsnifat mərhələsinin sonuncu matçında Avstriyaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan millisi hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.