"Şamaxı"nın baş məşqçsii Vüqar Əsgərli Misli Premyer Liqasının 6-cı turunun oyunundan - "Sumqayıt"la səfər matçından sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, vacib xal qazandıqlarını deyib:
"Oyun hər iki komanda üçün xal baxımından vacib idi. İki fərqli hissə izlədik. Erkən qol bizi şoka salsa da, əvəzini çıxmağı bacardıq. Zədəlilər çox olduğu üçün heyətlə bağlı problemlərimiz var idi. Buna baxmayaraq, uşaqlar bacardıqlarını etdilər və lazım olan xalı qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm".