Polşanın Krakov şəhərində veteran cüdoçular arasında dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu günündə M2 yaş kateqoriyası üzrə mübarizə aparan cüdoçularımız tatamiyə çıxıb. Onlardan 1-i qızıl, 1-i gümüş, 2-si isə bürünc medal qazanıb.
Beləliklə, veteran cüdoçularımız ümumilikdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib.
Veteranlarımız ümumkomanda hesabında 5-ci, kişilərin sıralamasında isə 4-cü yeri tutublar.